Şriftin ölçüsü :

Saytın rəngi :

Macarıstanlı qonaq İsmayıllıda

06 may 2015 | 15:00

06 may 2015-ci il tarixdə Macarıstan Respublikasının baş nazirinin xanımı, “Kulinariya” jurnalının baş redaktoru Aniko Levainin Azərbaycana səfəri çərçivəsində İsmayıllıda oldu. Qonağın rayonla tanışlığı Lahıcdan başladı. Burada xanım Aniko Levai duz çörəklə qarşılandı. Qarşılanma mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da iştirak edirdi. Ali qonağa Lahıcın qədimliyi, cənab Prezidentin Lahıc sənətkarlarına verdiyi önəm barədə geniş məlumat verildi. Lahıc qəsəbəsində  bir evdə qonaq olan xanım Levai Lahıcın milli mətbəxi ilə yaxından tanış oldu. Qəsəbənin tarixi abidələri və sənətkarlıq  nümunələri xanım Aniko  Levaini daha çox cəlb etdi. Macarıstanlı qonaq Heydər Əliyev Mərkəzi və orada fəaliyyət göstərən dərnəklərlə tanış edildi. Göstərilən diqqət və qayğıya görə Aniko Levai ölkə Prezidentinə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir.

Keçidlər