Şriftin ölçüsü :

Saytın rəngi :

70 illik yubiley medalları sahiblərinə verildi

08 may 2015 | 15:00

İsmayıllı rayonda 21 nəfər Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Rayon İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar, məktəblilər veteranlarla yaşadığı ünvanlarda  görüşmüş və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalını onlara təqdim etmişlər. Ziyarətçilər RİH-nin başçısı cənab M.Sadıqovun  təbrik məktubunu və  bayram hədiyyəsini veteranlara çatdırmışlar. Sağlamlıq durumu yerində olan veteranlarla çay süfrəsi arxasında səmimi söhbət aparılmış, onların mübarizə yolu bir daha xatırlanmışdır.
Müharibə iştirakçılarına İsmayıllı rayonunda həmişə böyük qayğı və diqqət göstərilir. Rayon İcra Hakimiyyəti  digər əlaqədar təşkilatlarla birlikdə Böyük Vətən müharibəsi veteranlarının problemlərinin həllinə, onların müalicəsinin təşkilinə yaxından köməklik göstərir.

Keçidlər