Kəndlərdə yeni poçt binalarının açılışı olmuşdur.
9 may 2015-ci il tarixində İsmayıllı poçt filialının İvanovka və Qalagah kəndlərində şöbəsinin yeni binalarının açılışı olmuşdur. Açılışda Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Cümşüd Dadaşov, İsmayıllı poçt filialının müdiri Söhbət Pənahov iştirak ediblər. İvanovka İƏD üzrə nümayəndə Olqa Jabina və kəndin poçt şöbəsinin müdiri Oleq Radayev, Qalagah kənd sakinləri adından çıxış edən Şahmalı Salmanov yaradılmış şəraitə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minətdarlığını bildirmişlər.
Məlumat üçün bildirək ki, İvanovka kəndində ümumi sahəsi 48 m2, Qalahag kəndində isə ümumi sahəsi 30 m2 olan yeni binada bütün poçt xidmətləri üçün lazımi şərait yaradılmışdır.