Şriftin ölçüsü :

Saytın rəngi :

9 May “Qələbə günü”

09 may 2015 | 15:00

İsmayıllı rayonunda  9 may “Qələbə Günü” təntənəli şəkildə qeyd olundu.  Bayram tədbiri  1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış  abidənin üzərinə yürüşlə başladı.  Alman faşizmi üzərində qələbənin 70-ci  ildönümü münasibəti ilə hərbi geyimli şagirdlərin paradı keçirilidi və abidənin üzərinə əklil qoyuldu.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH-nin əməkdaşları, hüquq - mühafizə orqan işçiləri, veteranlar, ictimaiyyət nümayəndələri, idarə və müəssisə iştirak edirdilər.
RİH-nin başçısı Mirdaməd Sadıqov çıxışında  alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının, o cümlədən  ismayıllıların misilsiz xidmətləri olduğunu qeyd etdi. 1941-1945-ci illərdə 700 min nəfərə yaxın azərbaycanlının silaha sarılaraq faşizmə qarşı mübarizədə fədakarlıq göstərdiyi diqqətə çatdırıldı. Böyük Vətən müharibəsi adlandırılan həmin qanlı savaşda arxa cəbhənin əməkçiləridə misilsiz xidmətlər göstərmişlər.
     Abidə kompleksi üzərindəki çıxışında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rayon şöbəsinin  sədri Abduləli Əliyev , bu gün Böyük Vətən Müharibəsi əlillərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək diqqət və qayğı göstərildiyi qeyd edildi.
Tədbirdə məktəblilərin hazırladıqları vətənpərvərlik ruhunda şeirlərin təqdimatı və rayon mədəniyyət mərkəzinin əməkdaşlarının hazırladıqları ədəbi – bədii kompozisiyası ilə davam etdirildi.

Keçidlər