Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovka kəndində faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

09 may 2015 | 15:00

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısının İvanovka İƏD üzrə nümayəndəsi Olqa Jabina açaraq ikinci Dünya Müharibəsinin bəşəriyyət üçün çox ağır və dəhşətli faciə olduğunu, faşizmin bütün dünya xalqlarına böyük fəlakətlər gətirdiyini bildirdi, Böyük Vətən Müharibəsində həlak olmuş İvanovka kənd sakinlərinin siyahısını oxudu. O.Jabinanın çıxışı İvanovka kənd folklor qrupunun müharibəyə həsr olunmuş həzin musiqi nömrələri ilə müşayət olundu.
Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Həsən Həsənov rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından kənd sakinlərini böyük bayram münasibətilə təbrik etdi və Böyük Vətən Müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinin həmişə uca tutulacağını bildirdi.
Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsinə yaylım atəşi açıldıqdan sonra 800 nəfərə yaxın kənd sakinləri tərəfindən Böyük Vətən Müharibəsində həlak olmuş döyüşçülərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri və əkilillər qoyuldu.

Keçidlər