Şriftin ölçüsü :

Saytın rəngi :

“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda”

12 may 2015 | 15:00

12 may 2015-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq  Əməkdaşlıq Təşkilatı, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi  ilə birgə qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə mentorluq proqramı həyata keçirir.
Proqram çərçivəsində bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və iştirakının artırılması istiqamətində peşəkar layihələrin işlənib hazırlanmasını nəzərdə tutan praktik tövsiyələrdən ibarət  “Fəal ol” adlı təlimat kitabçası hazırlanıb nəşr olunmuşdur.
      Bu məqsədlə “Fəal ol” adlı təlimat kitabçasının təbliği ilə əlaqədar İsmayıllı rayonunda da təlim keçirildi.Təlim Heydər Əliyev Mərkəzində reallaşdı. Tədbirdə RİH-nin başçısının müavini Sevil Əhmədova, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının layihə rəhbəri Fidan Qasımova , AQUPDK-nin ekspert  təlimçisi Lyudmila Xəlilova, bələdiyyə sədrləri və üzvlər iştirak etdilər.
Təlim qarşılıqlı fikir mübadiləsi ilə davam etdirildi.

Keçidlər