Şriftin ölçüsü :

Saytın rəngi :

15 may Beynəlxalq Ailə Günüdür

15 may 2015 | 15:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Rayon Mədəniyyət Mərkəzində 15 may Beynəlxalq Ailə Gününə həsr olunmuş "Ailə bayramı" keçirildi
Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP-ın İsmayıllı rayon təşkilatının  sədri Əzizə Vahabova, UADM-ın direktoru Lətifə Əliyeva, fəal ailələr, nişanlı və nikahı kəsilən cütlüklər,  ağsaqqallar, körpə fidanlar və digər qonaqlar iştirak edirdilər.
           RİHB-nın müavini Sevil Əhmədova çıxış edərək bildirdi ki, Beynəlxalq Ailə Günü münasibətilə respublikamızda silsilə tədbirlər həyata keçirilir. Bu, dövlətin öz vətəndaşlarına verdiyi yüksək qiymətin bariz nümunəsidir.
         Tədbirin əhəmiyyətini qeyd edən UADM-nin direktoru Lətifə Əliyeva bildirdi ki, Beynəlxalq Ailə Gününün keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini ailə məsələlərinə yönəltmək, ailə dəyərlərinin qoruyub saxlamaq, gələcək nəsillərə ötürməkdir.
            Bayram tədbirdə bir cütlüyün nişanı (Vüsal-Gülər), digər cütlüyün isə nikahı (Vüsal-Könül) təsdiqini tapdı.
Tədbir  bir- birindən maraqlı musiqi proqramı ilə başa çatdırıldı.

Keçidlər