Şriftin ölçüsü :

Saytın rəngi :

4-cü Beynəlxalq Türk sənətləri tarixi və folkloru konfransı

17 may 2015 | 15:00

14-16 may tarixlərində Türkiyənin Konya şəhərində 4-cü Beynəlxalq Türk sənətləri tarixi və folkloru konfransı keçirilib.
Tədbiri Türkiyənin Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya Böyükşəhər Bələdiyyəsi, İtaliyanın Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər Assosasiyası (YOCOCU), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan) birgə təşkil edib.
Konfransın açılışında təşkilat komitəsinin baş katibi Əhməd Aytac tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, konfransın keçirilməsinin məqsədi türk incəsənəti, tarixi, folklorunu araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, aparılan tədqiqatların nəticələri ilə elmi ictimaiyyəti tanış etməkdir. Konfransda 10 ölkədən 150-dək nümayəndənin iştirak etdiyi diqqətə çatdırılıb.
Konfransın həmsədri, MİRAS İctimai Birliyinin rəhbəri Fariz Xəlilli Azərbaycan və Türkiyənin müvafiq qurumları və elm adamları arasında əlaqələrin genişlənməsində, türkdilli xalqların tarix və mədəniyyətinin araşdırılmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
YOCOCU sədrinin müavini Marta Karoselli, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzinin sədri Osman Kunduracı, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, türkiyəli sənətşünas Örcün Barışta, Səlcuq Universitetinin prorektoru Mustafa Şahin və Konya Böyükşəhər Bələdiyyəsinin katibi Əbdülməlik Ötegen türkdilli xalqların mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafına kömək edən görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıblar.
İsmayıllı rayon Cülyan kənd tam orta məktəbin ingilis dili müəllimi Şərafət Bayramov IV Beynəlxalq türk sənət, tarix və folklor konfransında iştirak edərək "Qədim türk tayfaları” mövzusunda çıxış edib və beynəlqxalq sertifikatla təltif edilib.
Tədbirdə "MİRAS" musiqi qrupunun üzvləri Azərbaycan muğamları və xalq mahnılarından nümunələr ifa ediblər.

Keçidlər