Şriftin ölçüsü :

Saytın rəngi :

Avstriya Qızıl Xaç Cəmiyyətinin Prezidenti cənab Cerald Şopferin rəhbərlik etdiyi nümayəndə heyəti İsmayıllı rayonuna səfər etmişdir

19 may 2015 | 15:00

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov Avstriya Qızıl Xaç Cəmiyyətinin Prezidenti cənab Cerald Şopferin rəhbərlik etdiyi nümayəndə heyətini rayon İcra Hakimiyyətində qəbul etmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov qonaqları salamlayaraq İsmayıllı rayonu haqqında onlara  geniş məlumat verdi. Sonra cənab Mirdaməd Sadıqov Avstriya Qızıl Xaç Cəmiyyətinin Prezidenti cənab Cerald Şopferə  rayonumuzun Kürdmaşı, Təzəkənd, Tircan və Diyallı kəndlərində Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə dəstəyi ilə müvafiq sosial yönümlü layihələri həyata keçirdiklərinə görə öz minətdarlığını bildirmiş və qonaqlara xatirə hədiyələri təqdim etmişdir.
Avstriya Qızıl Xaç Cəmiyyətinin Prezidenti cənab Cerald Şopfer rəhbərlik etdiyi nümayəndə heyəti adından səmimi qəbula görə cənab Mirdaməd Sadıqova öz təşəkürünü bildirmişdir.
Daha sonra qonaqlar Diyallı kəndində İcma üzvləri ilə görüşmüş və kənddə  Avrasiya Qızıl Xaç Cəmiyyəti tərəfindən inşa edilən körpüyə baxış keçirmişlər. Qonaqlar rayonumuzun Lahıc qəsəbəsi ilə də  tanış olmuşlar.

Keçidlər