“Şəxsiyyətin formalaşması şəxsiyyətə hörmətdən başlanır”
21 may 2015-ci il tarixdə Heydər Əliyev mərkəzində Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin birgə rəhbərliyi ilə “Şəxsiyyətin formalaşması şəxsiyyətə hörmətdən başlanır” (Şagird-müəllim, valideyn-məktəb münasibətləri nümunəsində) mövzusunda 127 nəfərin iştirakı ilə “Dəyirmi masa” keçirildi. Tədbirdə Psixoloq qəzetinin baş redaktoru Tahir Heydərov, RİH yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Samirə Şirinova və komissiyanın məsul katibi Göyçək Rəhimova, Uşaq və Ailələrə Dəstək Mərkəzin direktoru Lətifə Əliyeva, RTŞ metodkabinetinin direktoru Hümbət Əsədov, RTŞ-nın psixoloji komissiyasının üzvü Şəkurə Quliyeva, RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, məktəb psixoloqları, valideynlər, müəllimlər və şagirdlər iştirak edirdilər.