Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü qeyd olundu.

01 iyun 2015 | 15:00

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar Heydər Əliyev parkında tədbir həyata keçirildi. Mərasimdə RİHB-nın  müavini S.Əhmədova, Gənclər və İdman idarəsinin rəisi T.Salehov, RTŞ-si  metodkabinetinin  müdiri Hümbət Əsədov və digərləri  qonaq qismində iştirak edirdilər. RİHB-nin müavini Sevil Əhmədova çıxışında  bildirdi ki, demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının, eyni zamanda uşaq hüquqlarının  qorunmasına xüsusi önəm verilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcək inkişafı onların əlindədir. Onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.  Tədbirdə uşaq incəsənət məktəbinin şagirdləri, məktəbəqədər təhsil müəssisəsinin uşaqları musiqi nömrələri və ədəbi-bədii kompazisiyalarla çıxış etdilər. Fərqlənən şagirdlərə və kiçik yaşlı uşaqlara  fəxri fərmanlar və hədiyyələr verildi.

Keçidlər