Şriftin ölçüsü :

Saytın rəngi :

“Bolgələrdən paytaxta” layihəsi icra olundu.

03 iyun 2015 | 15:00

2 iyun 2015-ci il tarixdə Bakı şəhəri Gənc Tamaşaçılar Teatırında təşkil olunmuş “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində İsmayıllının “Mədəniyyət, incəsənət və turizm potensialının təqdimatı” tədbirləri keçirilmişdir. Əvvəlcə RİH başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatları Novruz Aslanov, Ərəstun Cavadov və bir qrup rayon nümayəndəsi ümummili lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Tədbir saat 1800-da Gənc Tamaşaçılar Teatırında başlandı Tədbirə Dövlət rəsmiləri, Millət Vəkilləri, İsmayıllıdan olan tanınmış elm adamları, ziyallılar, iş adamları dəvət olunmuşdu. Teatırın foyelərində İsmayıllının xalq sənətkarlığı, toxuculuğu, etnoqrafiyası, kənd təsərrüfatı, sənayesi, məişət mədəniyyəti, sosial-iqtisadi inkişafı, gənclər siyasəti və idmanda qazanılan nailiyyətləri, təhsili, tarixi, mədəniyyəti, istehsal sahələri ilə bağlı sərgilər təşkil olunmuşdu.
         İsmayıllı mətbəxi və kulinariyasının (Lahıc, Basqal, Zərgəran, Qalacıq, Mollaisaqlı və b.) sərgisi açılmışdı. Müxtəlif millətləri və milli azlıqları təmsil edən folklor qruplarının çıxışına, xalq sənətkarlarının, rəssamların, xalçaçıların, toxucuların əl işlərinə baxış keçirildi.
         Saat 1900 –da teatırin tamaşa zalına toplaşanlar qarşısında Azərbaycan Respublikasının  Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış etdilər.
         Sonra İsmayıllının incəsənət ustalarının konserti oldu.

Keçidlər