“Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin maarifləndirmə tədbiri
2015-ci il üçün “Azərbaycanın gənclər paytaxtı” seçilən İsmayıllıda QHT-lərin, ictimai təşkilatların, idman sahəsində çalışanların tədbirləri intensiv xaraker alır. 8 iyun 2015-ci il tarixdə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi və informasiya təhlükəsizliyi mövzusunda maarifləndirmə işlərinin həyata keçirilməsi” adlı tədbiri daha diqqətçəkən olub.
Tədbiri təşkil edən rayon icra hakimiyyəti və rayon gənclər-idman idarəsinin nümayəndələri,müxtəlif sahələrdə çalışan gənclər, kollec tələbələri,peşə tədris mərkəzinin şagirdləri layihənin icrasında fəal iştirak ediblər.
İlk olaraq mövzuya aid (informasiya təhlükəsizliyi.) film nümayiş etdirilib.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova giriş nitqi söyləyib.
İctimai birliyin sədri Nail Şükürov və layihə eksperti Səbuhi Hüseynov çıxış ediblər.
İştirakçıların təşkilatçılar və layihə icraçıları ilə dialoqu Qarabağ həqiqətlərini öyrənib yaymaq baxımından faydalı olub.