Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixdə bənzəri olmayan Olimpiya Oyunlarının açılışı Uşaq-əyləncə mərkəzində izləndi

13 iyun 2015 | 15:00

Millli olduğu qədər  bəşəri, tarixliyi və müasirliyi özündə əks etdirən, olimpiya oyunları tarixində öz orjinallığı ilə seçilən Birinci Avropa Oyunlarının açılışı (şousu) rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun təklifi ilə Uşaq-Əyləncə parkında birgə izləndi.Yay kinoteatrı və bütövlükdə park buna hazırlanmışdı.
   Açılışa qədər böyük konsert oldu, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci flaş-mob nümayiş etdirdi. Birinci Avropa Oyunlarında iştirak edən idmançılarımız Günel Həsənli və Fəridə Qurbanovanın  fəaliyyətlərinə həsr olunmuş  videoroliklər nümayiş etdirildi. Aparıcı onların nailiyyətlərini iştirakçılara çatdırdı.
    Rayon Gənclər və idman idarəsinin könüllüləri Avropa Oyunlarının Simvollarını əks etdirən köynəklər və papaqlar geyərək  tədbirin idarə olunmasında iştirak edirdilər.
   Rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsi rəhbərlikdən aldığı  ideyaları müvəfəqqiyyətlə  həyata keçirirdi. Açılış gənclər, flaş-mob iştirakçıları, bütün hamı tərəfindən əllərində Azərbaycan bayrağı və Avropa Oyunları simvolları olmaqla böyük coşqu ilə,  alqışlarla qarşılandı.
   İsmayıllılar fəxr etdilər, qürur duydular ki, Avropa oyunlarına hazırlıq və onun  açılışı  ilə  Dünyada bir daha, bir daha özünü  təsdiq edən Azərbaycanın  vətəndaşıdırlar, cənab Prezident  İlham Əliyevin çox böyük müvəfəqiyyətlə idarə etdiyi Respublikada yaşayırlar.
   RİH-nin başçısı Mirdaməd Sadıqovla  açılışı sona qədər izləyən, ən yüksək  dərəcədə sevincini izhar edən şəhər sakinləri milli qürur hissi ilə tədbiri sona yetirdilər. Parkda gənclərin  əyləncəsi  tədbirləri gecə yarısıadək davam etdi.

Keçidlər