Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə naziri İsmayıllıda vətəndaşları qəbul edib

19 iyun 2015 | 15:00

Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 19-da İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı İsmayıllı, Qəbələ, Göyçay, Şamaxı və Ağdaş rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri nazir tərəfindən dinlənilib.
Vətəndaşların müalicə, işlə təminat, sosial və minnətdarlıq xarakterli müraciətləri üstünlük təşkil edib.
Oqtay Şirəliyev nazirliyin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Keçidlər