İƏD üzrə nümayəndəliklərin baş məsləhətçi – mühasiblərinin seminar müşavirəsi keçirilib
20 iyun 2015-ci il tarixdə Rayon Maliyyə idarəsinin iclas zalında İƏD üzrə nümayəndəliklərin baş məsləhətçi – mühasiblərinin seminar-müşavirəsi keçirilib. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov seminar iştirakçılarını salamlayaraq Milli Mühasibat Uçotunun nümayəndəliklərdə təşkili və qarşıda duran vəzifələr barədə geniş danışıb, seminar iştirakçılarına qarşıda duran vəzifələr barədə öz tapşırıqlarını və tövsiyələrini verib. RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov nümayəndəliklərin mühasibatlıq uçotu sahəsində yol verilən nöqsanlardan, qarşıda duran vəzifələrdən faktlar əsasında geniş danışıb.
Rayon Maliyyə idarəsinin baş mühasibi Rəsul Baxışov İƏD üzrə nümayəndəliklərdə “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimatın” icrası vəziyyəti barədə geniş cıxış edib. Sonda seminar – müşavirə iştrakçılarını maraqlandıran suallara cavab verilib.