Şriftin ölçüsü :

Saytın rəngi :

İnsan alverinə qarşı mübarizə ilə bağlı tədbir

23 iyun 2015 | 15:00

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin  əməkdaşları “İnsan alverinə yox deyək!” mövzusunda region gəncləri üçün birgə  maarifləndirmə tədbir keçiriblər.
     Tədbiri giriş sözü ilə RİH başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova açaraq, mövzunun dəyərindən, müasir zaman üçün böyük əhəmiyyət kəsb etməsindən danışıb.
     Mərkəzin əməkdaşları Eldar Muradov və Nilufər Osmanova müxtəlif istiqamətlər üzrə məruzə ediblər.
     Diskussiya və dialoqlarda rayon gənclər və idman idarəsinin əməkdaşları daha fəal iştirak ediblər.
    Faktlara söykənən, müasir vəziyyəti əks etdirən məruzə və çıxışlar  iştirakçılar tərəfindən razılıqla qarşılanıb.

Keçidlər