Məşğulluğun inkişafına dair seminar
23 iyun 2015-ci il tarixdə Rayon Məşğulluq Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Peşə təhsilinin və məşğulluğun təşviqi” proqramı çərçivəsində lahiyə rəhbəri Əlipaşa Qayıbalıyev və lahiyənin eksperti İlqar Əsədov İsmayıllı Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Əlaqələndirmə Komitəsinin nümayəndələri ilə görüş keçirmişdir. Proqramın əsas məqsədi Azərbaycanda iqtisadi inkişaf proseslərinin planlaşdırılması və icrasını yaxşılaşdırmaqdan ibarətdir. Seminarı Rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov açaraq qonaqları salamladı və məşqulluğa dəstək durmaqda və onu genişləndirməkdə belə bir lahiyənin əhmiyyətindən danışdı. Diskusiya və dialoq şəklində qurulan tədbirdə bir sıra təkliflər irəli sürüldü.