Şriftin ölçüsü :

Saytın rəngi :

Basqal qəsəbəsinə təbii qaz verilmişdir

25 iyun 2015 | 15:00

İsmayıllı rayonunun Basqal qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıov,  Mİllət vəkili N.Aslanov, RİH nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, qəsəbə sakinləri iştirak ediblər.
İsmayıllı rayonunun 750 abonenti olan Basqal qəsəbəsinə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2930 metr olan polietilen və 32 286 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 750 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür etmişlər.

Keçidlər