Şriftin ölçüsü :

Saytın rəngi :

“Sahibkarlığın inkişafına dövlət dəstəyi”

13 aprel 2013 | 15:00

12 aprel 2013-cü il tarixdə rayonun Diyallı kəndində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Fondu ilə İsmayıllı rayon İcra Hakimiyyəti birgə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir. 200 nəfər iş adamı, sahibkar burada iştirak etmişdir.
Tədbirdən əvvəl İsmayıllıda Sahibkarlığa Kömək Milli Fondundan alınmış güzəştli kreditlər hesabına maliyyələşdirilmiş “İsmayıllı Quşçuluq” ASC-nin damazlıq yumurta istehsalı müəssisəsinə və sahibkar Ədalət Məmmədova məxsus üzümçülük təsərrüfatına baxış keçirilmişdir.
Tədbir Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə başlamışdır.
Sonra müasir soyuducu anbar, heyvandarlıq kompleksi, quşçuluq, bağçılıq, üzümçülük və arıçılıq yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olmuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqov müasir iqtisadi idarəetmə elminə əsaslanan giriş sözü ilə tədbiri açdı.
İİN-nın Sahibkarlığın İnkişafı Siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və Dağlıq Şirvan Regional Bölməsinin müdiri Azər Qasımov müxtəlif mövzularda məruzə etdilər.
Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.
Tədbirin sonunda İsmayıllıda fəaliyyət göstərən 38 nəfər sahibkara 405 min manat kredit verilməsi üçün müqavilələr bağlandı. Bu da 100-dən çox iş yerinin yaradılmasına imkan verəcəkdir.

Keçidlər