Məişət zorakılığı ilə mübarizə
01 iyul 2015-ci il tarixdə tarix diyarşünaslıq muzeyində “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin seminarı keçirildi. Məqsəd məişət zorakılığının qarşısının alınması istiqamətində gənclərin fəaliyyətinin artırılması və maarifləndirmə tədbirlərinin təşkili və təbliğini genişləndirməkdir. Tədbirdə Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, RGİİ-nin rəisi Taleh Salehov, YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, İctimai Birliyin sədri Kamalə Məmmədova, Cəmilə Şahverdiyeva və 50 nəfər ictimaiyyətin nümayəndəsi iştirak etdi. RİHB-nin müavini Sevil Əhmədova ilk olaraq qonaqları salamladı və tədbir iştirakçılarına uğurlar arzuladı.İctimai Birliyin rəhbəri Kamalə Məmmədova çıxışında məişət zorakılığından, məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verdi.
Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etdirildi.