Şriftin ölçüsü :

Saytın rəngi :

RIHB yanında şura iclası təhsilə həsr olunmuşdu

04 iyul 2015 | 15:00

04.07.2015 ci il tarixdə Rayon İcra hakimiyyəti Başçısı yanında şura iclası geniş müşavirə formasında  keçirildi. Şura İclasında  müzakirə olunan məsələ rayonun ümumtəhsil məktəblərində 2015—2016-cı dərs ilinə hazırlıq vəziyyəti, mövcud durum və qarşıda duran vəzifələrə həsr olunmuşdur.  Tədbirdə Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Təhsil Nazirliyinin əməkdaşı Aydın Əhmədov, şuranın üzvləri, ümumtəhsil məktəblərinin direktorları, uşaq bağçalarının müdirləri, məktəblərlə qarşılıqlı əlaqədə işləyən idarə - müəssisə rəhbərləri, bələdiyyə sədrləri və İƏD üzrə nümayəndələr iştirak edirdilər.
RİH başçısı Mirdaməd Sadıqov  ümumtəhsil məktəblərində 2015—2016-cı dərs ilinə hazırlıq vəziyyəti, mövcud durum və qarşıda duran vəzifələr nöqsanlar və görüləcək tədbirlər haqqında çıxış etdi . Qeyd etdi ki, ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətində  əsaslı dönüş yaratmaq üçün obyektiv təhlillər əsasında pedaqoji kadrların  hazırlığını  və məktəb direktorlarının, bağça  müdirlərinin keyfiyyət tərkibini yaxşılaşdırmaq,  kadr islahatları aparmaq, bacarıqlı gənc mütəxəssisləri irəli çəkmək  lazımdır.
İclasda çıxış edən RİH başçısının müavini Sevil Əhmədova qeyd etdi ki, Rayon icra hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, ərazidəki məktəb bələdiyyə və İƏD üzrə nümayəndə bir-birinə istinad edərək, qarşılıqlı anlaşma şəraitində işləsinlər. Məktəblərin problemlərinin həllində bələdiyyə və  icra nümayəndələrinin yaxından iştirakı böyük əhəmiyyət kəsb edir. Xüsusilə bələdiyyə qurumları  təhsil müəssisələrinə daha yaxından köməklik göstərməli, onun problemlərinin həllində iştirakçı olmalıdır.
       Şura iclasında o da qeyd edildi ki, uşaq bağçalarının şəbəkəsi genişlənməli, mövcud bağçalarda  ciddi kadr islahatları aparılmalı, maliyyə nəzarəti gücləndirilməlidir. Kiçik yaşlı uşaqların bağça tərbiyəsindən keçərək məktəbə gəlməsi üçün rayon təhsil şöbəsi İƏD-lər  üzrə nümayəndələr, bələdiyyələr  şərait yaratmalıdırlar.

Keçidlər