Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan alveri ilə mübarizədə potensialın artırılması”

06 iyul 2015 | 15:00

06 iyul 2015-ci il tarixdə Tarix-Diyarşünaslıq Muzeyində İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin tədbiri keçirildi. Tədbirin əsas məqsədi “İnsan alveri ilə mübarizədə potensialın artırılması” mövzusu idi. Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, İctimai Birliyin sədri Mehriban Zeynalova və ictimaiyyət nümayənləri iştirak edib.
İlk öncə çıxış edən RİHB-nın müavini Sevil Əhmədova qonaqları salamladı və onlara uğurlar arzuladı.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova layihənin istiqamətindən danışdı, insan alveri ilə mübarizə sahəsində geniş maarifləndirmə işlərinin  aparmasının vacibliyi vurğuladı.

Keçidlər