Şriftin ölçüsü :

Saytın rəngi :

Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirici seminar

09 iyul 2015 | 15:00

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi əhalinin müxtəlif təbəqəsi, əsasən də aztəminatlı ailələrin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir. Layihənin  6 ay müddətində Bakı şəhəri və regionlarda həyata keçirilməsi nəzərdə tutulur. Layihənin icra planına uyğun olaraq 09 iyul 2015-ci il tarixində İsmayıllıda “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı içtimai müzakirə keçirilmişdir. Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq məruzə üçün sözü “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyevə verdi. Mayis Əliyev layihənin mahiyyəti haqqında və layihə çərçivəsində yaradılmış Sosial Məsələlər üzrə Hüquq Klinikasında aztəminatlı əhali təbəqəsinə göstərilmiş hüquqi xidmətlər barədə geniş məlumat verdi. Tədbirdə layihənin hüquqşünas-ekspertləri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov “Aztəminatlı əhalinin inzibati və məhkəmə qaydasında hüquqlarının müdafiəsi formaları haqqında”, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki regional mərkəzinin rəhbəri Pərviz Məmmədov “Vətəndaşların sosial hüquqlarının müdafiəsində Ombudsman təsisatının rolu” məruzələrlə çıxış etmişlər. Tədbirdən sonra layihənin koordinatoru, prof.Mayis Əliyev tədbir iştirakçılarının suallarına cavab vermiş və layihənin hüquqşünas-ekspertləri müraciət edənlərə hüquqi yardım göstərilmişlər.

Keçidlər