“Qadın Gücünə Güc” layihəsi həyata keçirilir.
11 -13 iyul 2015 ci tarixdə Heydər Əliyev Mərkəzində və Uşaq kitabxanasında üç gün müddətində “Qadın Gücünə Güc” layihəsi çərçivəsində təlim keçirilib. Təlimlərdə 50 nəfərə yaxın sahibkarlığa həvəsi olan gənc qadın iştirak edib.
“Qadın Gücünə Güc” layihəsinin kordinatoru Leyla İsgəndərova “Qadınların sosial, iqtisadi və siyasi iştirakçılıqda gücləndirilməsi” mövzusunda çıxış etdi və layihənin məqsədindən danışdı.
Qeyd etdi ki, layihənin məqsədi ucqar bölgələrdə qadınların sosial-iqtisadi və siyasi-ictimai həyatda iştirakı və qərarvermədə fəal rol oynamaları üçün bilik və bacarıqlarının artırılması olan 2 illik layihə Azərbaycanın Aran, Gəncə-Qazax, Lənkaran-Astara, Quba-Xaçmaz və Şəki-Zaqatala bölgəsində 2013-2015-ci illər ərzində keçirilir.
“Qadın Gücünə Güc” layihəsi Konrad-Adenauer-Stiftung (KAS) və Avropa İttifaqının (AI) maliyyə dəstəyi ilə Konrad-Adenauer-Stiftung (KAS) tərəfindən Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.