Şriftin ölçüsü :

Saytın rəngi :

Yubileyə həsr olunmuş səmimi görüş

17 aprel 2013 | 15:00

16 mart 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində ümummilli lider H. Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin əsas məzmunu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İsmayıllıya səfərləri zamanı onunla görüşən insanlarla “Heydər Əliyev İdarəetmə Məktəbi”nin dinləyicilərinin görüşündən ibarət olmuşdur. Görüşü ulu öndər zamanının yetirməsi, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açmışdır. Ümummilli liderlə səfərləri zamanı onunla görüşən soydaşlarımız-şəhər sakini Pərişan Mahmudova, dövlət qulluğu veteranı Gözəl Osmanova, Xəlillidə üzümçülük briqadiri işləmiş Əlvan Qurbanov, Kürdmaşı kənd orta məktəbinin kimya müəllimi, 1981-ci ildə kənd icraiyyə komitəsinin sədri işləmiş Sənubər Zeynalova, Ağsuda gənc üzümçülər briqadiri olmuş Zemfira Zeynalova və başqaları xoş xatirələrini danışmışlar.
Çox səmimi şəraitdə keçən tədbir “Heydər Əliyev İdarəetmə Məktəbi”nin icraçı direktoru Fərman Bəşirov yekunlaşdırmışdır.
Monitorda nostalji hisslər yaradan fotoşəkillər nümayiş etdirilmişdir.

Keçidlər