“İcma əsaslı turizmin inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsi”
14 iyul 2015-ci il tarixdə Avropa İttifaqının Azərbaycanda “Regionların və kənd yerlərinin inkişafı sahəsində yerli təşəbbüslərin dəstəklənməsi” Proqramı çərçivəsində “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən “İcma əsaslı turizmin inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsi” mövzusunda Qala şadlıq sarayında təlim keçirilib.
Təlimdə İsmayıllı Rayon İcra Hakimyyətinin, Peşə tədris mərkəzinin, Dövlət Humanitar və Texnologiya Kollecinin, rayonda fəaliyyət göstərən qeyri-turizm sektorunun nümayəndələri bələdiyyə sədrləri iştirak edirdi. Təlimin məqsədi İsmayıllı rayonunun turizm priortetlərini və ehtiyaclarını müzakirə etmək üçün rayon səviyyəsində bütün maraqlı tərəfləri bir araya toplamaq, hədəf bələdiyyələrdə turizmin inkişafı üçün daha yaxşı hüquqi və tənzimləyici mühüt əldə etmək, müsbət təcrübələri paylaşmaqdır. İctimai Birliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə üzrə mütəxəssisi Xanım Şabanova çıxış edərək layihə çərçivəsində İsmayıllı rayonunda indiyə qədər görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Regional koordinator Əzizağa Atakişiyev də layihə haqqında geniş məlumat verdi. Sonra çay fasiləsində də turizmin inkişaf istiqamətləri barədədə tədbir iştiraçıları tərəfindəndə fikir və təkliflər irəli sürüldü. RİH-nin baş məsləhətçisi Nəsimi Teymurov təşkilatı işlərdə ictimai birliyə yardımçı oldu.