“Heydər Əliyev İdarəetmə məktəbi”nin növbəti məşğələsi keçirildi.
15 iyun 2015-ci il tarixdə “Heydər Əliyev idarəetmə məktəbi”nin “Azərbaycanda I Avropa Oyunlarının təşkili ölkəmizin beynəlxalq nüfuzunun daha da artırmışdır” mövzusunda növbəti məşgələsi keçirildi.
Məşğələ rayonnun Heydər Əliyev Mərkəzində reallaşdı. Tədbiri giriş sözü ilə idarəetmə məktəbinin icraçı direktoru Fərman Bəşirov açdı və I Avropa oyunlarının ölkəmiz üçün böyük əhəmiyyəti barədə məlumat verdi.
Çıxış üçün ilk söz Rayon Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradova verildi. O, Azərbaycanda İdmanın inkişafına göstərilən diqqət və qayğı, Dövlət Proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsinin prioritet olması barədə danşdı. Qeyd etdi ki, I Avropa Oyunlarının Bakıda keçirilməsinin kökündə ölkəmizin dinamik inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amilləri durur.Ümumilikdə Azərbaycan bu mötəbər idman yarışına yüksək səviyyədə ev sahibliyi etdi. İlk Avropa Oyunları bütün dünyanın diqqət mərkəzində olmaqla Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirdi.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov I Avropa Oyunlarının ölkəmiz üçün ən əlamətdar cəhətləri barədə dinləyicələrə məlumat verdi. Qeyd etdi ki, oyunlar ölkəmizin tanınması, nüfuzunun daha da artması baxımından daha böyük aktuallıq kəsb edirdi.
Möhtərəm cənab Prezident İlham Əliyevin bənzərsiz rəhbərliyi sayəsində biz bundan maksimum yararlana bildik.
“Tərəqqi” medallı, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, məşəldar Çingiz Muradlı, cüdo üzrə məşqçi, I Avropa Oyunları təşkilat komitəsinin üzvü Əkbər Şəfaqətov, şəhər 3 saylı tam orta məktəbin şagirdi, ən fəal könüllü Toğrul Qasımov çıxış edərək ümumxalq fədakarlığı, cənab Prezident İlham Əliyevin rəhbərliyi, Heydər Əliyev Fondunun Prezidenti, millət Vəkili Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə aparılan hazırlıq işləri, yarışlarda qazanılan uğurlarımız, Oyunların açılış və bağlanış mərasimlərinin yaratdığı bənzərsiz təəssürat barədə məlumat verdilər, Oyunların ölkəmizin beynəlxalq nüfuzunun yüksək səviyyədə artırdığını, onun güclü bir dövlət olduğunu diqqətə çatdırdığını bildirdilər.
Yekunda RİH-nin başçısı Mirdaməd Sadıqov bildirdi ki, I Avropa oyunları başa çatdı, amma oyunların təəssüratları uzun müddət yaddaşlardan silinməyəcək. “Bakı - 2015” möhtəşəmliyi və əzəməti ilə uzun illər xatırlanacaq. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa Oyunları dedikdə birinci olaraq Azərbaycan və Bakı yada düşəcək. Format baxımından çoxaspektli səciyyə daşıyan I Avropa oyunların siyasi–iqtisadi, eyni zamanda mədəni, sosial-psixoloji səciyyə daşıdı, Azərbaycanı dünyaya tam açıq şəkildə tam açıq şəkildə tanıtdı. Ölkəmizə diqqəti birə-beş artırdı.
Məşqələnin sonunda cüdo üzrə məşqçi, I Avropa oyunları təşkilat komitəsinin üzvü Əkbər Şəfaqətov “Bakı-2015”-dən xatirə hədiyyələrini RİH-nin başçısı Mirdaməd Sadıqova təqdim etdi.