“Qadın və Müasir Dünya”
22 iyul 2015 | 15:00
22 iyul 2015-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qadın və Müasir Dünya” Mərkəzi rayon Tarix-Diyarşünaslıq muzeyində 40 nəfərin iştirakı ilə seminar keçirib. Seminarı giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açaraq, sözü Mərkəzin direktoru Südabə Şirəliyeva və təlimçisi Sevda Məmmədovaya verdi.
Müxtəlif idarə və təşkilatların nümayəndələrinin iştirak etdiyi seminarın keçirilməsində məqsəd son illərdə regionlarda yaşayan sahibkar qadınların demokratik cəmiyyət quruculuğunda və ictimai həyatda aktivləşməsi üçün şəraitin yaradılmasından ibarət idi.