Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 6 aylıq hesabat yığıncağı keçirildi.

23 iyul 2015 | 15:00

23 iyul 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının  “2015-ci ilin birinci yarsının sosial-iqtisadi inkişafının yekunları”na həsr olunmuş hesabat yığıncağı keçirildi.
     Hesabat yığıncağının işində Milli Məclisin deputatları Novruzəli Aslanov, Ərəstun Cavadov,  idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayədələri, bələdiyyə sədrləri, təhsil işçiləri və içtimaiyətin nümyədələri iştirak edirdilər.
      Rayon İcra Hakimiyyəti başçısı  Mirdaməd Sadıqov  6 ayda rayonda görülən işlər barədə  hesabat məruzəsi ilə çixiş etdi. Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Radim Müslümov, ƏSMM-nin direktoru Çingiz Əliyev, rayon telekommunikasiya qovşağının rəisi Elxan Əliyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Aftandil Rəhimov, Millət Vəkilləri Novruzəli Aslanov və Ərəstun Cavadov çıxış etdilər.
      Hesabat yığıncağında görülmüş işlər və qarşıda duran vəzifələr geniş şəkildə təhlil olundu, qərar layihəsi əlavə və dəyişikliklərlə qəbul olundu.
      Yığıncağın  gedişi canlı olaraq rayon mərkəzində yeni quraşdırılmış monitor vasitəsi ilə rayon əhalisinə çatdırıldı.

Keçidlər