Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda əmək yarmarkası keçirildi

25 iyul 2015 | 15:00

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən İsmayıllı rayonunda işəgötürənlərin iştirakı ilə əmək yarmarkası keçirilib.
   Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun iştirak etdiyi tədbirdə ölkəmizdə davamlı makroiqtisadi inkişaf və iqtisadiyyatın şaxələndirilməsinin, çoxsaylı yeni iş yerlərinin açılmasının əmək bazarının inkişafına, əhalinin məşğulluq imkanlarının artmasına şərait yaratdığı vurğulanıb. Bildirilib ki, bu imkanlardan maksimum istifadə olunmaqla dövlət məşğulluq strategiyasının uğurlu icrası, işaxtaran və işsiz vətəndaşların iş yeri ilə təmin edilməsi istiqamətində respublikanın paytaxtında və bölgələrində aktiv məşğuluq tədbirləri həyata keçirilir. Müsbət haldır ki, keçirilən bu tədbirlərdə işəgötürənlər getdikcə daha fəal iştirak edirlər.
      Qeyd olunub ki, İsmayıllı rayonunda cari ildə artıq ikinci dəfədir ki, əmək yarmarkası təşkil olunur və əsas məqsəd rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan mövcud boş (vakant) iş yerlərini işaxtaran və işsiz vətəndaşlara təqdim etmək, onların səmərəli məşğulluğuna nail olmaqdır.
   Sonra M.Sadıqov və M.Kərimli yarmarkanın təşkilatı vəziyyəti, təqdim olunan vakansiyalarla tanış olub, tədbir iştirakçılarının, habelə işəgötürənlərin belə tədbirlərin təşkili ilə bağlı rəy və fikirlərini öyrəniblər.
   Yarmarkada işsiz və işaxtaran vətəndaşlara İsmayıllı rayonunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət sektoruna aid 107 müəssisə üzrə 420-dən çox boş iş yeri təqdim edilib. Onların arasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün qanunvericiliyə uyğun şəkildə müəyyən olunmuş kvota üzrə iş yerləri də olub. Tədbir zamanı146 boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmək istəyən şəxslərin qeydiyyatı da aparılıb.

Keçidlər