Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi

23 aprel 2013 | 15:00

Görkəmli oftalmoloq, akademik,  nur  çeşməsi,  Azərbaycan  analarının, xanımlarının simvolu, Heydər Əliyev dühasının formalaşmasında həyat yoldaşı kimi ən fəal iştirakı olmuş Zərifə xanım Əliyevanın dünyamıza bəxş edilməsinin 90 ili tamam olur.
Zərifə xanımın fədakarlığı, tükənməz ana məhəbbəti ailədə ümummilli liderimizlə birlikdə ikinci bir Prezidenti-möhtərəm cənab İlham Əliyevi yetirmişdir.
Zərifə xanımla ulu öndərimiz Heydər Əliyev ailədə, ictimai fəaliyyətdə, insanlara qayğıda, millətə məhəbbətdə, ölkəyə            sədaqətdə bir-birini tamamlayırdılar. Bundan Azərbaycanımız da tamlıq, vəhdət, qüdrət, qüvvət tapırdı. Saf və tükənməz məhəbbət üzərində qurulmuş ailəsinin xanımı haqqında Heydər Əliyev demişdir: “O yaxşı ana və vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim-oftalmoloq idi. Allahın öz bəndəsinə bəxş etdiyi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan idi. Onu hamı belə tanıyırdı”.
Zərifə xanımın 90 illik yubileyi ilə əlaqədar bu günlərdə rayon icra hakimiyyətinin keçirdiyi təntənəli mərasimdə fədakar həkimin qeyd olunan keyfiyyətlərindən məhəbbət və səmimiyyətlə söhbət açılmışdır.
  Zərifə xanımın həyat və fəaliyyəti barədə rayon mərkəzi xəstəxanasının baş həkimi Avtandil Rəhimov məruzə etmişdir.
Mərkəzi xəstəxananın baş həkim müavini İsrayıl İsmayılov, həkim, Zərifə xanımın tələbəsi olmuş, Narxanım Əkbərova, 1981-ci ildə İvanovka kəndində Zərifə xanım Əliyev ilə görüşmüş dövlət qulluğu veteranı Gözəl Osmanova, mərkəzi xəstəxananın baş tibb bacısı Azadə Bağıyeva çıxış etmişlər. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tanınmış ofolmoloq, Əməkdar elm xadimi, insani ucalığın ən yüksək zirvəsində əbədiləşən Zərifə xanım Əliyeva haqqında böyük məhəbbət, səmimiyyət və mehribanlıqla danışmış, onun Azərbaycan xalqı dövlətimiz qarşısındakı ölçüyəgəlməz xidmətlərindən bəhs etmişdir.
Tədbir boyu yubilyara həsr olunmuş videofilm nümayiş etdirilmişdir.

Keçidlər