“Miras” ın növbəti layihəsi icra olundu
26 iyul 2015-ci il tarixdə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İsmayıllı rayon ərazisində “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin rebilitasiyasına dəstək” layihəsinə başlamış və yerli turizm obyektlərində olmuşlar. Birliyin nümayəndələri 27 iyul tarixində isə Rayon Mərkəzi Xəstəxanasında, Əhalinin Sosial Müdafiəsi Mərkəzində, Uşaq Polikilinikasında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayon şöbəsində və əlil ailələrdə olmuşlar.
Bu görüşləri keçirməkdə məqsəd 500 min nəfərdən çox fiziki imkanları məhdud şəxsin tarix və mədəniyyət abidələrinə, arxeoloji qazıntı sahələrinə, muzeylərə, digər mədəni irs obyektlərinə marağını və sosial həyata inteqrasiyasını təmin etmək, onları cəmiyyətin bir parçası kimi ölkəmizdə baş verən bütün hadisələrin fəal iştirakçısına çevirməyə kömək etməkdən ibarətdir.