İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.
İyulun 28-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak edərək bu nəcib aksiyaya qoşulmuşlar. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən rayona ezam olunan xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müayinə olunduqdan sonra qanvermə aksiyasına qoşulmağa icazə verilib. Gün ərzində 135 nəfər rayon sakini könüllü olaraq qan verib.