2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları
Aprel ayının 23-də Heydər Əliyev Mərkəzində İsmayıllı rayonu üzrə 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə aid hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ilk öncə RİH-nin strukturunda edilmiş yeni başçının müavinləri dəyişiklikləri barədə məlumat vermişdir. Rövşən Ağayev başçının birinci müavini, Mahmud Süleymanov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Sevil Əhmədova isə başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilmişdir. Daha sonra Başçı birinci rübün sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir.
Məruzədən sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov, Mənzil İstismar Sahəsinin rəisi İsmayıl Tarverdiyev, Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov və başqaları I rüb ərzində gördükləri işlər, mövcud problemlər və qarşıda duran vəzifələr barədə çıxış etmişlər.
Qeyd: 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş məruzə ilə ismayilli-ih.gov.az saytının “icra hakimiyyəti” bölməsinin “Fəaliyyətlər” alt bölməsində tanış olan bilərsiniz.