Yapon qonaqlar İsmayıllıda
Yaponiyanın İto şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında imzalanmış Dostluq mübadiləsi haqqında Saziş ilə əlaqədar, 12 avqust 2015-ci il tarixində müəllim-şagird mübadilə proqramı çərçivəsində “International Homestay Club”un nümayəndəsi Konuşi Tsneo və həmçinin 2 yapon şagird Şintaro Kavfune, Kurumi Kavahara İsmayıllıya gəliblər. Səfərin məqsədi rayonun milli mətbəxi, zəngin mədəniyyəti və adət ənənələri ilə tanışlıq xarakteri daşıyır.
Səfərin ilk günüdə qonaqlar Heydər Əliyev Mərkəzilə tanış olub, onlara Ümummili Liderin həyatından, uğurlu siyasi karyerasından və Azərbaycanın, o cümlədən İsmayıllının inkişafındakı rolundan məlumatlar verilib. Sonra qonaqlar çay süfrəsi ətrafında Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüblər. RTŞ-nin əməkdaşlarının, Yaponiya məktəbliləri ilə əməkdaşlıq edən müəllimlərin və eləcə də yaponları evində qonaq saxlayacaq ailələrin də iştirak etdiyi görüşdə M.Sadıqov qonaqları salamlayaraq onlara rayon haqqında məlumatlar verərək bildirib ki, İsmayıllı rayonu 22 noyabr 2013-cü il tarixdə Yaponiyanın İto şəhəri ilə Dostluq mübadiləsi haqqında Saziş bağlayaraq qardaşlaşıb. Bu Sazişə uyğun olaraq artıq İto şəhəri ilə müvafiq əlaqələr qurulub. Öncəliklə təhsil sahəsində bu əlaqələr xeyli genişləndirilərək davam etdirilir. Mirdaməd Sadıqov qonaqlara Rayon İcra Hakimiyyətinin hədiyyələrini təqdim edib. Öz növbəsində, Yaponyadan gəlmiş nümayəndə Konuşi Tsuneo göstərilən xüsusi diqqət və yüksək qonaqpərvərliyə görə hər kəsə öz minnətdarlığını bildirməklə İsmayıllıda olduqlarından məmnunluğunu ifadə edib.
Avqustun 12-dən başlayaraq həmin ayın 23-nədək hər birində 2 gün olmaqla bir neçə ailədə qonaq qalacaq yaponlar bu müddət ərzində rayonla tanış olmaq imkanı qazanacaqlar.