Şriftin ölçüsü :

Saytın rəngi :

“Miras” ın növbəti layihəsi icra olundu

27 avqust 2015 | 15:00

26-27  avqust 2015-ci il tarixlərində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İsmayıllı rayon ərazisində “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsinə başlamış və yerli turizm obyektlərində olmuşlar. İctimai Birliyin nümayəndələri avqustun  26-sı Diyyalı kəndində və Basqal qəsəbəsində, avqustun 27-si isə İsmayıllı Rayon Tarix-Diyarşunaslıq muzeyində  görüşlər  keçirmişdir.
Görüşləri keçirməkdə məqsəd fiziki imkanları məhdud şəxslərin tarix və mədəniyyət abidələrinə, arxeoloji qazıntı sahələrinə, muzeylərə, digər mədəni irs obyektlərinə marağını və sosial həyata inteqrasiyasını təmin etmək, onları cəmiyyətin bir parçası kimi ölkəmizdə baş verən bütün hadisələrin fəal iştirakçısına çevirməyə  kömək etməkdən ibarət olmuşdur. Layihə çərçivəsində bölgədə fəaliyyət göstərən turizm infrastrukturlarında çalışanlar, əlillər arasında sorğular aparılmışdır.

Keçidlər