Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən yaxşı inşa yazı” müsabiqəsi

26 aprel 2013 | 15:00

10 aprel  2013-cü il tarixndə saat 10:00-da H.Əliyev Mərkəzində İsmayıllı rayon Hakimiyyəti baçısının 21 fevral 2013-cü il tarixli 24 saylı sərəncamına əsasən  rayon Gənclər və İdman idarəsi rayon Təhsil Şöbəsi ilə birgə Ümumumulli lider H.Əliyevin anadan olmasının 90 illik yubleyi münasibəti ilə  “H.Əliyev Azərbaycana inkişaf, yüksəliş, xoşbəxtlik və səadət gətirdi” mövzusunda “Ən yaxşı inşa yazı” müsabiqəsi keçirilmişdir.
Müsabiqədə şəhər və kənd tam orta məktəbləri olmaqla ümumulikdə 42 nəfər şagird iştirak etmişdir. Müsabiqənin girişində Təhsil Şöbəsinin metodisti N.Qəniyev sözü açaraq Ümumumulli lider H.Əliyevin Azərbaycanın öndər siyasətçi olmasından danışmış və daha sonra Ümumumulli lider H.Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yadd edilmişdir.
Müsabiqə 2 saat davam etmişdir. Müsabiqənin obyektiv keçirilməsi üçün kodlaşdırma sistemi aparılmışdır. Müsabiqənin gedişatına mane olan amillər olmamışdır. Müsabiqədə I yeri şəhər 7 saylı tam orta məktəbin X sinif şagirdi Məmmədli Nigar Fədain qızı, II yeri şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Muştaqova Ayşən Telman qızı, III yeri Qurbanəfəndi kənd tam orta məktəbin X sinif şagirdi Səmədova Jalə Zahir qızı tutmuşdur.

Keçidlər