İlk dəfə səsverən gənclərlə görüş
10 sentyabr 2015-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi və 86 saylı ismayıllı Dairə Seçki Komissiyasının birgə təşkilatçılığı ilə Diyallı kəndində ilk dəfə səsverən gənclərlə görüş keçirildi.
Tədbirdə Diyallı, Qoşakənd, Talıstan, Təzəkənd, Keyvəndi kəndlərindən ümumilikdə 40 nəfər gənc seçici iştirak etdi.
Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov seçkinin gənclər üçün əhəmiyyətindən danışdı.
Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov çıxış edərək ilk dəfə səs verəcək gənclərə Konstitusiyamızla onlara verilən seçki hüququndan düzgün və səmərəli istifadə etməyin yollarını ətraflı şəkildə izah etdi.
Sonra 86 saylı Dairə Seçki Komisiyyasının katibi Yaqub Hacıyev seçkilərin ölkəmiz üçün vacibliyindən danışdı. Seçkilərdə ilk dəfə iştirak edəcək gənclərə yad təsirlərə uymamaq, seçki hüququndan düzgün istifadə etməyi məsləhət gördü.