Şriftin ölçüsü :

Saytın rəngi :

“Sülh aylığı” çərçivəsində növbəti tədbir keçirilib

11 sentyabr 2015 | 15:00


21 avqust-21 sentyabr hər il olduğu kimi, bu il də “Sülh aylığı” elan edilmişdir. “Sülh aylığı” çərçivəsində respublikamızın bütün bölgələrində, o cümlədən də doğma İsmayıllımızda da “əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği” mövzularında silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də 11 sentyabr 2015-ci il tarixdə İsmayıllı Tarix-Diyarşünaslıq muzeyinin zalında baş tutdu. Tədbiri RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov açıq elan etdi və “Beynəlxalq sülh günü”nün və “Sülh aylığı”nın mahiyyətini izah etdi. İsmayıllı rayon Məhkəməsinin hakimi Azad Əliyev “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı” mövzusunda geniş çıxış etdi. Tədbir iştirakçılarından Vasif Teymurov, Rəşid Məmmədov da məsələyə öz münasibətlərini bildirdilər. Tədbirin sonunda məruzəçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

Keçidlər