Şriftin ölçüsü :

Saytın rəngi :

Nümayəndə günü keçirildi

11 sentyabr 2015 | 15:00

11 sentyabbr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzinin iclas zalında növbəti nümayəndə günü keçirilmişdir.
Nümayəndə günündə İsmayıllı RİHB-nın 37 İƏD üzrə nümayəndəsindən 34 nəfəri və 3 nəfər nümayəndələrin müavinləri və iştirak etmişlər.
İclasa sədrliyi RİH başçısı aparatının Əİ və YÖİO ilə iş şöbəsinin müdiri R.Səmədov etmişdir.
İclasın gündəliyində vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası və yanğın təhlükəsizliyinin təmin edilməsi, İƏD üzrə nümayəndəliklərdə və İƏD üzrə nümayəndəliklərin ərazisində fəaliyyət göstərən təşkilatlarda əmək intizamının gücləndirilməsi, ərazidə təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin vəziyyəti barədə məsələlər qoyulmuşdur.
Gündəlikdə duran birinci, vərtəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası və ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə İƏD üzrə nümayəndələrə Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Şimal-Qərb Regional  Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Qoşqar Əzizov məlumat vermişdir.
Gündəlikdə duran digər məsələlər ilə əlaqədar RİH-nin şöbə müdiri R.Səmədov məlumat vermişdir.İclasda İƏD üzrə nümayəndələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Keçidlər