Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni dərs ilinin başlanması münasibətilə İsmayıllı rayonunun 80 ümumtəhsil məktəbində tədbirlər keçirilib.

15 sentyabr 2015 | 15:00

Yeni dərs ilinin başlanması münasibətilə İsmayıllı  rayonunun 80 ümumtəhsil məktəbində tədbirlər keçirilib.
Yeni təmir olunmuş İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısı Mirdaməd Sadıqov, RİHB-nin müavini Sevil Əhmədova və rayon təhsil şöbəsinin müdiri Rasim Orucov çıxış edərək kollektivi Bilik günü münasibətilə təbrik ediblər. Qeyd olunub ki, rayon üzrə 2014/2015-ci tədris ilinin məzunlarından  310 nəfər ali məktəblərə qəbul olunub. Tələbə adını qazananlardan 48 nəfəri 500-dən, 20 nəfəri isə 600-dən yuxarı bal toplayıb.
Rayon sakinləri , valideynlər çıxış edərək övladlarına, onların təhsilinə diqqət və qayğı göstərən dövlətimizin başçısına  minnətdarlıqlarını bildirdilər.
Sonda iştirakçılar məktəbdə yaradılan şəraitlə tanış oldular.

Keçidlər