Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının oxucular konfransı keçirilib

16 sentyabr 2015 | 15:00

16 sentyabr 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının oxucular konfransını keçirib.
Kitabın təqdimatına həsr olunmuş konfransda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH Aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə -müəssisə və təşkilatların nümayəndələri,  təhsil işçiləri, müəllimlər və  rayon ictimaiyyətinin nümayəndələri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq bildirdi ki, cənab  Ramiz  Mehdiyev bu kitabı   geniş elmi axtarışlara söykənərək Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh edir və buna maneələr yaradan amilləri açıq şəkildə göstərir. 
Əməkdar müəllim Ramiz Baloğlanov məruzə ilə çıxış edərək dedi ki, Akademikin bu kitabı Azərbaycanda və dünyada baş verən siyasi proseslərin təhlili baxımından olduqca dolğun və tutarlı faktlarla zəngindir.
Məruzə ətarafında  şəhər 3 saylı məktəb-liseyin tarix müəllimi Vasif Cabbarov,  ,İvanovka kənd tam orta məktəbinin direktoru Mixail Uryupin, şəhər 5 saylı tam orta məktəbin Azərbaycan dil və ədəbiyyat müəllimi Elnarə Abdullayeva, İsmayıllı Tarix Diyarşünaslıq muzeyinin direktoru Mail Fərəcov, gənc müəllim Qönçə Ağazadə , Dövlət qulluğu veteranı Valeh Salehov çıxış etdilər.
Sonda RİH-nin başçısı cənab Mirdaməd Sadıqov çıxış edərək kitabın elmi və siyasi aspektləri barədə ətraflı məlumat verdi. İkili standartların Azərbaycana vurduğu ziyanlardan danışdı.

Keçidlər