Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən yaxşı rəsm əsəri” müsabiqəsi

26 aprel 2013 | 15:00

11 aprel  2013-cü il tarixndə saat 10:00-da H.Əliyev Mərkəzində İsmayıllı rayon Hakimiyyəti baçısının 21 fevral 2013-cü il tarixli 24 saylı sərəncamına əsasən  rayon Gənclər və İdman idarəsi rayon Təhsil Şöbəsi ilə birgə Ümumumulli lider H.Əliyevin anadan olmasının 90 illik yubleyi münasibəti ilə  “Ən yaxşı rəsm əsəri” müsabiqəsi keçirilmişdir. 
Müsabiqədə şəhər və kənd tam orta məktəbləri olmaqla ümumulikdə 24 nəfər şagird iştirak etmişdir. Müsabiqənin girişində Ümumumulli lider H.Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Müsabiqə 2 saat davam etmişdir. Müsabiqədə I yeri Əlağalı Sevinc Oqtay qızı- şəhər 6 saylı tam orta məktəbin XI sinif şagirdi  və Əliyeva Lalə Rövşən qızı- Lahıc qəsəbə tam orta məktəbin II sinif şagirdi, II yeri Pirəlizadə Ülkər Zərraf qızı - şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi, III yeri isə Orlova Anna Viktorovna - İvanovka  kənd tam orta məktəbin VI sinif şagirdi tutmuşdur.

Keçidlər