İsmayıllıda Beynəlxalq Ahıllar günü qeyd edilib
Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunan bütün ölkə vətəndaşlarının sırasında ahılların, qocaların, veteranların həyat şəraitinin zənginləşdirilməsinə xüsusi önəm verilir.
1 oktyabr 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkiltaçılığı ilə “xeyir-şər ev”ində Beynəlxalq Ahıllar günün təntənəli keçirilməsi bu baxımdan böyük razılıq doğurdu.
Rayon Veteranlar Şurasının, rayon ağsaqqallar şurasının tərkibində olan 100-dən çox ahılın toplaşdığı məclisdə RİH-nin başçısı Mirdaməd Sadıqov çıxış edərək, ahıllara göstərilən dövlət qayğısından, onların həyatının sağlam və təminatlı davamı üçün Prezidentin həyata keçirdiyi tədbirlərdən, ahıl və yaşlı insanların məsləhətləri ilə hazırlanan layihələrin icra vəziyyətindən ətraflı danışdı. Məclis iştirakçılarını təbrik etdi.
Pensiyaçı müəllim Qureyiş Mikayılova, dövlət qulluğu veteranı Valeh Salehov, veteranlar şurasının sədri Abduləli Əliyev, şəhərin yaşlı sakini Rizvan Orucov çıxışlarında həmyaşıdlarına təbrik ünvanlamaqla yanaşı, dövlətimizin və Prezidentin onların həyatı üçün yaratdığı şəraitdən razılıqla danışdılar. Təşəkkür etdilər ki, hər bir yenilikdə, yeni layihələrin həyata keçirilməsində onların rəyi, təklifi nəzərə alınır.
Tələbə Rahid Rəcəbli və şagird Toğrul Qasımov ahılları təbrik etdilər. Rayon mədəniyyət və turizim şöbəsinin “Niyal” ansambılı nümunəvi konsert proqramı ilə çıxış etdi.
Tədbirdən əvvəl gənclərlə ahıllar arasında rayon gənclər və idman idarəsi, təhsil işçiləri azad həmkarlar ittifaqının rayon komitəsi və rayon stolüstü oyunlar federasiyasi nərd yarışı təşkil etmişdi. Hər üç yeri ahıllar tutmuşdu. Tədbirin gedişində qaliblərə diplomlar və hədiyyələr təqdim olundu.
Növbəti bayram sevincini yaşayan ahıllar və gənclər böyük razılıqla təntənəli məclisi yekunlaşdırdılar.