Yapon qonaqlar İsmayıllıda
02 oktyabr 2015 | 15:00
02 oktyabr 2015-ci il tarixdə Yapon mədəniyyətini təqdim etmək üçün İto şəhərindən gəlmiş 11 mədəniyyət işçisi ilə İsmayıllı Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə RİH-nin başçısı Mirdaməd Sadıqov, RİHB-nın müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yaponiyanın İto şəhərində səfərdə olmuş müəllim və şagirdlər iştirak etmişlər. RİH başçısı Mirdaməd Sadıqov qonaqları salamlayaraq onların rayonumuzda olmaqlarından məmnunluğunu, Yaponiyanın İto səhəri və Azərbaycan Respublikasının İsmayıllı şəhəri arasında imzalanmış dostluq sazişinin davamlı və daimi olacağına əmin olduğunu bildirdi. Sonda qonaqlara hədiyyələr təqdim olundu.