Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya mədəniyyət günləri İvanovka kəndində

04 oktyabr 2015 | 15:00

01-04 tarixlərdə İsmayıllıda keçirilən  Yaponiya mədəniyyət günləri İvanovka kənd  mədəniyyət evində yekunlaşdı. İlk olaraq qonaqları RİHB-nin müavini Sevil Əhmədova, İvanovka icra nümayəndəsi Olqa Jabina, Nikitin adına Kolxozun sədri, İvanovka kənd tam orta məktəbin direktoru Mixail Uryupin qarşılayıb. Yapon qonaqlar əvvəlcə II Dünya müharibəsi abidəsini ziyarət etdilər. Sonra onları İvanovka folklor qrupu duz çörəklə qarşılayıb. Tədbiri İvanovka İƏD üzrə nümayəndəsi  Olqa Jabina açıb və qonaqları salamlayıb.Gündoğar ölkə ilə dostluq əlaqələrinin  uzunömürlü olacağına ümid etdiyini  bildirib. Sonda Yaponiyanın milli adət-ənənələrinə baxış sərgisi keçirilib. Tədbirdə iştirak edənlərdə geniş təsəvvür yaranıb.

Keçidlər