Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Maqsud Cavadoun xatirəsinə həsr olunmuş riyaziyyat olimpiadası

09 oktyabr 2015 | 15:00

İsmayıllı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə rayondan olan tanınmış elm adamlarının, ziyalıların, yazıçı və şairlərin , Milli Qəhrəmanların, Əmək qəhrəmanalrının, Respublika miqyasında tanınan təsərrüfat rəhbərlərinin yubileylərinin,anım və xatirə günlərinin keçirilməsi üçün təşkilat komitəsi yaradılmışdır. Belə tədbirlərin ilkini Bakı Dövlət Universitetinin professoru, riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü olmuş, orta təhsilini Basqal məktəbində almış  Maqsud Cavadova həsr olunur. Xatirə gününə qədər bir sıra tədbirlərin icrası nəzərdə tutulub.
9 oktyabr 2015-ci il tarixdə bu sıradan bir tədbir-Maqsud Cavadovun xatirəsinə həsr olunmuş rayonun ümumtəhsil məktəbləri şagirdlərinin riyyaziyyat üzrə olimpiadası keçirilib. Başlanğıca rayon təhsil şöbəsi müdirinin müavini Rahm Baxışov akademikin həyatı və elmi fəaliyyəti barədə çıxış  edib. Əslən Basqaldan olan olimpiadanın keçirildiyi şəhər 3 saylı tam orta məktəbin direktoru Əhmədağa Ələkbərov çıxışında professor Maqsud Cavadovun ziyalılığından, həndəsə elminin tədqiqi və tədrisinə gətdirdiyi yeniliklərdən danışıb.
Riyaziyyat olimpiadasında 40 tam orta məktəbdən 110 şagird iştirak edib.Qaliblərə xüsusi xatirə diplomları və hədiyyələr verilib.

Keçidlər