Şriftin ölçüsü :

Saytın rəngi :

Lahıc qəsəbəsində multikulturalizm tədbiri

10 oktyabr 2015 | 15:00

Lahıc qəsəbəsində İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə "Multikulturalizm və Azərbaycan folkloru" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova,  AMEA-nin Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Mədəniyyətlərarası dialoq və folklor şöbəsinin direktoru  Asif Usubəliyev, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin şöbə müdiri Vidadi Rzayev, və digərləri iştirak ediblər. Lahıc qəsəbə tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, AMEA Folklor İnstitunun doktorantı, Dadaş Əliyev tədbirin təşkilatçıları sırasında olmuşdur.Tədbirdə həmçinin Mollaisaqlı, Sumağallı,İvanovka kəndlərinin və Lahıc qəsəbəsinin folklor qruplarını qəbul edib.
Tədbiri giriş sözü ilə açan Sevil Əhmədova qonaqları salamladı və bildirdi ki,   Heydər Əliyev tərəfindən siyasi və hüquqi əsasları ilə bu gün dünyada multikulturalizm mərkəzi kimi tanınan və multikultural təcrübəsi öyrənilən Azərbaycan ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində öz multikulturalizm modelini dünyaya təqdim edir. Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə, dərindən öyrənilməsinə, təbliğinə geniş şərait yaradılıb.
  Akademik  Muxtar İmanov Azərbaycan multikulturalizminin siyasi banisi olan Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi kimi təqdim etdi. Bildirdi ki Azərbaycanda tarixən  formalaşmış tolerantlıq və multikulturalizm münasibətləri “folklor dili” ilə dünyaya çatdırılır. Lahıc və onun dili, folklor örnəkləri və onların qorunması, toplanması və öyrənilməsi mövzusunda çıxış edən Dadaş Əliyev Azərbaycan şifahi xalq ədəbiyyatında multikulturalizmin elementleri barədə fikir bildirdı.
Tədbirdə  folklor kollektivlərinin çıxışları bir daha göstərdi ki, Azərbaycanda müxtəlif xalqlar, etnik qruplar milli azlıqlar sülh və barış içində yaşayaraq ölkəmizin və cəmiyyətimizin inkişafı üçün öz töhfələrini verirlər.
Prezident İlham Əliyevin “multikulturalizm Azərbaycanda dövlət siyasəti və həyat tərzidir” dərin mənalı deyimi hamı tərəfindən məmuniyyətlə qəbul olunur.

Keçidlər