Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət Mərkəzlərinin və onların filiallarının rəhbərləri üçün regional səyyar seminar keçirilib

13 oktyabr 2015 | 15:00

Azərbaycan qeyri-maddi mədəni irs sahəsinin qorunması, dəstəklənməsi, əhalinin asudə vaxtının mədəni təşkili üçün, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şəhər (Rayon) Mədəniyyət Mərkəzləri yaradılıb. Hazırda Mədəniyyət Mərkəzlərinin fəaliyyətlərinin təşkili istiqamətində iş aparılır.
Oktyabrın 13-də İsmayıllı rayon Mədəniyyət Mərkəzində İsmayıllı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağsu, Ağdaş, Göyçay, Şamaxı rayonlarının mədəniyyət mərkəzlərinin direktorları və metodistləri, o cümlədən aparıcı filialların (mədəniyyət, folklor, sənətkarlıq və s. evləri və klublar) rəhbərləri üçün səyyar seminar təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli və həmin sektorun aparıcı məsləhətçisi Vüqar Məmmədov tərəfindən keçirilmiş regional səyyar seminarda nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsi”nin tətbiqi və islahatlara dair digər mövzular barədə ətraflı məlumat verilib, seminar iştirakçılarını maraqlandıran məsələlər izah edilib, yaranan suallar cavablandırılıb.

Keçidlər